3 BOKT-un rəhbəri dəyişib

“City Finance” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib. Yeni direktor Eldəniz Xudayarovdur.

Eldəniz Xudayarov yeni vəzifəsində Eşqin Şıxəliyevi əvəz edib.

Həmçinin, “İdeal Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Elman Ağrılı da vəzifəsindən azad edilib.

Hazırda BOKT-a Qubad Qubadov rəhbərlik edir.

Qeyd edək ki, Q.Qubadov həm də  “İdeal Kredit”in 75% payla təsisçisidir. BOKT-un digər 25%-lik təsisçisi isə Xuraman Qubadovadır.

“Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) da yeni direktor təyin edilib.

Bu, Anar Şahbazovdur. O, yeni vəzifəsində Samir Cəfərlini əvəz edib.

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır