319 şəxs əmək və ya xidməti müqavilə olmadan işləyib

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.

Bu günə kimi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 26 səyyar monitorinq həyata keçirilib. Monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 92 hüquqi və fiziki şəxsi əhatə edib.

Qeyd edək ki, monitorinqlərin keçirildiyi dövr ərzində 319 şəxsin əmək və ya xidməti müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır