Bu il 28 milyard manatdan çox sənaye məhsulu istehsal edilib

2017-ci ilin yanvar-sentyabr aylarında ölkədə 28.3 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3.1% artıb, neft sektorunda isə 6.6% azalıb.

Sənaye məhsulunun 70.2%-i mədənçıxarma sektorunda, 24.6%-i emal sektorunda, 4.4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 8.0%, əmtəəlik qaz hasilatı isə 3.4% azalıb.

Qeyd edək ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0.2% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1.0% azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır