“İxrac İcmalı”nın oktyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.
Belə ki, 2017-ci ilin 9 ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin və fiziki şəxslərin siyahısında ilk onluqda ”Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Baku Steel Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Sun Food” MMC, Talıbov Zabil Ocaqverdi oğlu, “CTS-Agro” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, Fətəliyev Süleyman Məmməd oğlu və “Food Export Şəmkir” MMC təmsil olunur.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda “Marketinq və İqtisadi Əməliyyatlar idarəsi”, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ATSC,”Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, “SOCAR Methanol” MMC, “Geofizika və Geologiya İdarəsi”, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC, “Azərbaycan Dəmir Yolları” QSC və “Naxçıvan MR Dövlət Energetika Agentliyi” təmsil olunurlar.
Siyahını təqdim edirik: