BBN.az analitika portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda 36 və 48 aylıq xarici valyuta əmanəti üçün təklif edilən faiz dərəcələrinə görə bankların sıralaması tərtib edilib.
İlk olaraq onu demək olar ki, əksər banklarda fiziki şəxslər üçün əmanət faizləri 0.25-4.5% arasında dəyişir.
Dollarla depozit yerləşdirmək üçün 36 və 48 aylıq ən yüksək faiz təklif edən bank “AtaBank ASC” (4.25%, 4.5%)-dir. USD valyutasında depozitlər üçün 36 və 48 aylıq minimum faiz dərəcəsi isə müvafiq olaraq “Kapital Bank ASC”də (0.4%) və “AccessBank QSC”də (2%) olub.
Avro ilə depozit yerləşdirmək üçün 36 və 48 aylıq ən yüksək faiz təklif edən bank “NBCBank ASC” (3%)-dir.
Avro ilə depozit yerləşdirmək üçün 36 aylıq minimum faiz dərəcəsi “Yapı Kredi Bank Azərbaycan QSC”də (0.25%), 48 aylıq isə “AccessBank QSC”də (0.5%) olub.
Ümumi siyahı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
Banklar |
Müddətlər üzrə faiz dərəcəsi (%)
|
Minimal məbləğ, xarici valyutayla (USD,EUR)
|
Əmanətin adı
|
|||
36 ay | 48 ay |
|
||||
USD |
EUR | USD |
EUR |
|||
AccessBank QSC |
2 | 0.5 | 2 | 0.5 | 50 | “Yığım” əmanət |
Amrahbank ASC | 3 | 1.2 | – | – | 50 | |
AtaBank ASC |
4.25 | – | 4.5 | – | 500 | “Universal” əmanət |
Bank BTB ASC | 2.50 | – | – | – | 100 | |
Kapital Bank ASC |
0.4 | – | – | – | 100 | “Kapital” depoziti |
NBCBank ASC | 3 | 3 | 3 | 3 | 200 | |
NİKOYL Bank İKB ASC |
3 | – | – | – | 100 | |
PAŞA Bank ASC |
30000 | Keçid | ||||
TuranBank ASC | 3 | 1.25 | – | – | 100 | |
Yapı Kredi Bank Azərbaycan QSC |
0.50 | 0.25 | – | – | 250 | |
Ziraat Bank Azerbaycan ASC |
1 | – | – | – | 1000 |
Qeyd edək ki, “Paşa Bank ASC” faiz dərəcələrini fərdi qaydada müəyyənləşdirir.