4.48 mlrd. dollarlıq satış tamamlanıb

 ABŞ-ın texnologiya şirkəti olan Yahoo-nun  Verizon-a satışı tamamlanıb. Şirkətdən verilən açıqlamada,  Yahoo-nun  cümə günündən etibarən  yeni adının “Altaba Inc.” olacağı bildirilib.

Bununla yanaşı  razılaşmaya əsasən, Yahoo İdarə Heyətinin sədri  Marissa Mayerin 23 milyon dollar alaraq təqaüdə ayrılacağı  qeyd olunub.

Yahoo-nun axtarış motoru, maliyyə, idman xəbərləri,  Tumblr və elektron poçt xidmətlərinin əvvəl  satın aldığı Online America  (AOL) ile birləşdirərək  Oath adlı yeni qurum olacağı da açıqlanıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Yahoo-nun Verizon-a 4.48 mlrd. dollara  satılacağı təsdiqlənmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır