4-cü Şərq tərəfdaşlığı biznes-forumu keçiriləcək

26-27 oktyabr 2017-ci ildə Tallində (Estoniya) “Rəqəmsal iqtisadiyyat: sərhədsiz şəffaf biznes üçün innovativ platforma” adlı Şərq tərəfdaşlığı ölkələrinin 4-cü biznes-forumu keçiriləcək. Tədbir Estoniya Respublikasının Prezidenti Kerst Kalyulaydın himayəsi altında baş tutacaq. Avropa İttifaqının Genişlənmə ilə bağlı qonşuluq və danışıqların Avropa siyasəti məsələləri üzrə Komissarı Johannes Khan və yüksək səviyyəli digər məruzəçilər forumda iştirak edəcəklərini təsdiqləyiblər.

Artıq ənənəyə çevrilmiş və Avropa İttifaqı Sammitinin tədbiri ilə paralel olaraq keçirilən biznes-forum Estoniyanın Avropa İttifaqındakı Şərq tərəfdaşlığının Estoniya Mərkəzi və Enterprise Estonia nümayəndəliyi çərçivəsində təşkil edilib.

Forumun əsas məqsədi beynəlxalq iqtisadi əlaqələrin möhkəmləndirilməsi, şəffaflığın, yeni biznes-imkanların təmin edilməsi, eləcə də Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsindən ibarətdir. Bu ilki forumun əsas mövzusu rəqəmsal cəmiyyət və innovasiyalardır. Şərq tərəfdaşlığı və Avropa İttifaqı iştirakçı ölkələrinin nümayəndələri elektron idarə etmə və iqtisadiyyat; transsərhəd ticarət, logistika və internet-ticarət; beynəlxalq biznes və innovasiyaların maliyyələşdirilməsi; innovativ texnologiyalar və üfüqi rəqəmsallaşdırma kimi məsələlərin reallaşdırılmasında təcrübələri ilə paylaşacaqlar.

Məruzələrdən biri “B.EST Solutions” Azərbaycan şirkətinin və Mobil ID layihəsi Konsorsiumunun rəhbəri xanım Yana Krimpe tərəfindən təqdim ediləcək. O, auditoriyanı Azərbaycanın innovasiyası sayılan “Asan İmza” mobil elektron imza və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının tətbiqi və işlənilməsi nəticələri ilə tanış edəcək.

Qeyd edək ki, 4-cü Şərq tərəfdaşlığı biznes-forumu cari ilin noyabr ayının 24-də Brüsseldə illik “Şərq tərəfdaşlığı” Sammitinin keçiriləcəyini də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır