40 min hektar torpaq sahəsinin səmərəsiz istifadəsinin qarşısı alınıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2017-ci ilin I yarım il üzrə 40 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinə xitam verilib. Həmin torpaqlar geri qaytarılaraq yenidən səmərəli şəkildə istifadə istiqamətində işlər həyata keçirilib, iri taxılçılıq, pambıqçılıq təsərrüfatlarının yaradılması, meyvə bağlarının salınması və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülüb. Həmçinin, kənd təsərrüfatı məqsədi ilə 184 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Qeyd edək ki, ümumilikdə respublikada qeyri-neft sektorunun o cümlədən, aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar aidiyyəti mərkəzi və yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 166 min hektar torpaq sahələrinin kateqoriyası dəyişdirilib. Həmin torpaq sahələri Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə investorların istifadəsinə verilib.

Eyni zamanda yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində indiyədək 240 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələri geri qaytarılıb və əkin dövriyyəsinə cəlb olunması üçün zəmin yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır