Yüksək texnologiyalı şirkətlərdən yeni vergi tutula bilər

Avropa İttifaqında yüksək texnologiyalı şirkətlər üçün 1 faizdən 5 faizə qədər yeni verginin tətbiqi planlaşdırılır. “Reuters” agentliyinin yaydığı məlumata əsasən, bu vergi bütün dünya üzrə illik dövriyyəsi 579 milyon avrodan artıq olan, Avropada isə minimum 10 milyon avro təşkil edən korporasiyalar üçün nəzərdə tutulub.

BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, hazırda sənədin əhatə dairəsinə ”Google”, “Amazon”, “Airbnb”, “Uber” kimi sərhədlər üzərindən fəaliyyət göstərən şirkətlər düşür. Bununla belə, yeni vergi öhdəliyi striminq xidmətləri göstərən şirkətlərə eləcə də onlayn oyunlar, “bulud” texnologiyaları və ya informasiya texnologiyası xidmətləri hazırlayan müəssisələrə aid edilməyəcək.

Verginin hesablanması şirkətin ofisinin faktiki yerləşmə məkanından deyil istifadəçilərin əsas seqmentinin harada yerləşməsindən asılı olacaq.

Başqa sözlə desək, vergi reklamın harada göstərilməsinə eləcə də reklam kontentinin tədarükçülərinin harada yerləşməsinə uyğun olaraq tutulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır