ABŞ-da işsizlik müavinəti üçün müraciətlər 1973-cü ildən bəri ən aşağı səviyyəyə enib.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, işsizlik müavinəti üçün müraciət edənlərin sayı 12 min azalaraq 215 min təşkil edib. Bu göstərici üzrə proqnozlar isə 230 min səviyyəsində idi.
Qeyd edək ki, 1 ay ərzində müraciətçilərin sayı orta hesabla 5 min azalaraq 224 min 500 olub.