5 180 Yaşıl Kart sığorta müqaviləsi bağlanılıb

2017- ci ilin birinci rübü ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 5180 Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi imzalanıb. Bunlardan 2756-ı Türkiyə və İran İslam Respublikasına, 2274-ü Rusiya, Moldova və Ukrayna Respublikasına, 150-i isə Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.

Qeyd edək ki, hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 3.8 min manat təşkil edib. Yaşıl Kart müqavilələrinin 4155-i minik, 539-u yük, 457-i qoşqu, 27-i avtobus, 2-i isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır