Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 10 oktyabr tarixində keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 4-ü istifadəsiz qeyri- yaşayış sahəsidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.
Qeyd edək ki, budəfəki hərrac da rəqabətli olub. Belə ki, paytaxtın Səbail rayonunda yerləşən istifadəsiz qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 25 min manat olsa da sonda 40 min 250 manata özəlləşdirilib.
Məlumat üçün bildirilməlidir ki, budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Suraxanı rayonunda yerləşən 148 saylı mağaza olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 460 kv.m-dən çoxdur.
Hərracda ən ucuz qiymətə özəlləşdirilən əmlak isə Ağstafa rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Həmin obyektin ümumi faydalı sahəsi 124,8 kv.m təşkil edir.