“Nokia” markası yenidən texnologiya dünyasının davamlı olaraq danışdığı və marağa səbəb olan marka halına gəlib. Bunun əsas səbəbkarlarından biri də “Nokia”nı ələ alan “HMD Global” şirkətidir. Həmçinin, Şirkətin keçmişdən gələn adı da öz sözünü deməyi bacarıb. Şirkət son olaraq üzərində işlədiyi ağıllı telefonla da texnologiya dünyasına imza atacağına bənzəyir.
5 arxa kamera birdən!
Texnologiya dünyası 2 arxa kameralı telefonlara hələ yeni alışarkən, “Nokia” 5 fərqli kameralı model üzərində işləyir. “Nokia 10” modelində istifadə ediləcək 5-li arxa kamera sensoru olduqca yenilikçi bir kamera təcrübəsini təqdim edə bilər.