51 129 ton dizel yanacağı ixrac edilib

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin oktyabr ayında 51 129 ton dizel yanacağı, 9 527 ton təyyarə yanacağı, 2 439 ton yüksək təzyiqli polietilen, 786 ton mütləqləşdirilmiş izopropil spirti, 3 321 ton maye piroliz qətranı və 2 134 ton propilen ixrac edib.

Ümumilikdə, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində 452 288 ton dizel yanacağı, 43 110 ton təyyarə yanacağı, 236 ton soba mazutu, 58 704 ton yüksək təzyiqli polietilen, 9 894 ton mütləqləşdirilmiş izopropil spirti, 50 306 ton maye piroliz qətranı, 31 384 ton propilen və 21 616 ton butilen butadien fraksiyası ixrac edilib.

2017-ci ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 560,49 ABŞ dolları, təyyarə yanacağının – 543,08 dollar, dizel yanacağının – 505,58 dollar, 1 faizli kükürdlü mazutun – 330,91 dollar, yüksək təzyiqli polietilenin -1235 dollar, butilen butadien fraksiyasının – 652,86 dollar, maye piroliz qətranının – 560,49 dollar, propilenin qiyməti – 860 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 1282,50 avro təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır