BVF Belçikaya vergi islahatı planı təklifi edib

Beynəlxalq Valyuta Fondu Belçika hökumətinə iqtisadi artım siyasətinə yönəldilmiş vergi islahatına getməyi təklif edib.

BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, BVF-nin bu ölkə üçün hazırladığı yeni hesabatda bildirilir ki, Belçika təklif edilən korporativ mənfəət vergisinin aşağı salınmasından itkinin yerini əlavə tədbirlərlə doldurmalı və bununla da vergi sistemində qalan uyğunsuzluqlar aradan qaldırılmalı, vergi siyasətinin yeni variantları irəli sürülməlidir.

Verilmiş təkliflərə əsasən,hazırda korporasiya üçün, “həmrəylik töhfəsi” adlandırılan yığm da daxil olmaqla, 33.99 faiz təşkil edən korporativ vergi 2018-ci ildə 29 faizə, 2020-ci ildə isə 25 faizə qədər aşağı salınacaq. Bundan əlavə, “həmrəylik töhfəsi” də tədricən azaldılacaq. Gələn il bu yığım 3 faizdən 2 faizə salınacaq, 2020-ci ildə isə ümumiyyətlə ləğv ediləcək.

BVF-nin hesabatında kiçik müəssisələr üçün korporativ verginin dərəcəsinin aşaöı salınması da nəzərdə tutulub. Hazırki şərtlərə görə kiçik müəssisələr mənfəətlərinin ilk 100 min avrosu üçün 25 faizlik vergi ödəyirlər. Təklifə əsasən, bu verginin dərəcəsi 20 faizə endiriləcək. Bununıa yanaşı, kiçik şirkətlərin hər biri mənfəət vergisinin azaldılmasına iddia etmək üçün öz direktoruna ildə ən azı 45 min avro mükafat ödəməli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır