55 şəxsin yoxlama materialları DİN-ə göndərilib

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2017-ci ilin I yarısında aparılan maliyə nəzarəti tədbirlərinin nəticələrinə əsasən hesabat dövründə, habelə Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən 2001-ci ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan dövrdə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı 50 hüquqi və 5 fiziki şəxs üzrə aparılmış nəzarət tədbirləri yekunlaşdırılıb. Aşkar edilən nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilib. 2 hüquqi şəxs üzrə nəzarət tədbirləri hal-hazırda davam etdirilir.

Həmçinin, 2017-ci ilin I yarısında aparılan yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları»na uyğun olaraq müvafiq protokollar tərtib edib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 321 vəzifəli şəxsə 258,3 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır