Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı məlumata əsasən 2018-ci ilin noyabr ayının 1-nə Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 7 mlrd. 758,5 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 84,1 mln. manat və ya 1,1% çoxdur.
Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi sentyabr ayı ilə müqayisədə oktyabrda 444,3 mln. manat və ya 1,9% artaraq 23 mlrd. 590,7 mln. manat təşkil edib. Bu göstəricinin həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2mlrd. 141,1 mln. manat və ya 9,98% çoxdur.
Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 mlrd. 449,2 mln. manat və ya 21,2% artaraq 2018-ci il noyabrın 1-nə 13 mlrd. 995,9 mln. təşkil edib.