Könüllülər üçün əmək yarmarkası təşkil edilib

Azərbaycan Respublikası Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman Nazirlikləri və ASAN xidmətin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib.

BBN.az xəbər verir ki, yüzlərlə gəncin və könüllü təşkilatlarının iştirak etdiyi tədbir çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən könüllülər üçün əmək yarmarkası təşkil edilib. Yarmarkada 68 müəssisə tərəfindən 299  vakant iş yeri təqdim olunub, vakant iş yerlərinə göndərişlər verilib.

Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıb. Özünüməşğulluq proqramı barədə də tədbir iştirakçılarına məlumat verilib, proqrama cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır