Dünya bazarlarında 2002 –ci ildən etibarən istifadə olunan 500 avroluq banknot, 26 yanvara qədər Avropanın 17 ölkəsində dövriyyədən çıxarılacaq. Almaniya və Avstriya isə 26 Aprel tarixinə qədər bu banknotları istifadə edəcək .
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror təşkilatları və saxtakarlar tərəfindən tez – tez istifadə olunan və xalqın üstünlük vermədiyi bu 500 avroluq banknotların dövriyyədən çıxarılmasının başlıca səbəbi kimi terrorla və qruplaşmalarla effektiv mübarizə olduğu göstərilib.
Qeyd edək ki, avronun 5,10,20,50,100 və 200 – lük banknotları yenilənərək daha təhlükəsiz vəziyyətə gətirilib.