SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb

Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Collaborative Award 2018” mükafatının təqdimetmə mərasimi keçirilib.

BBN.az xəbər verir ki, tədbirdə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə “Collaborative Pathfinder Award” nominasiyasında yeganə beynəlxalq mükafata layiq görülüb.

Qeyd edək ki, “Collaborative Pathfinder Award” beynəlxalq mükafatının təsisçisi “Institute of Collaborative Working” (Kollektiv Əməkdaşlıq İnstitutu) 1990-cı ildən fəaliyyətdədir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır