Ölkəmizin ilk banklarından olan “NBCBank” ASC-nin bu gün 26 yaşı tamam olur. 17 dekabr 1992-ci ildən fəaliyyətə başlayan NBCBank müasir tələblərə və istəklərə uyğun geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Yarandığı gündən bankın əsas hədəfi müştəri məmnuniyyətidir.
26 il ərzində bank müxtəlif sosial yönümlü layihələrə sponsorluq edib və bir çox mükafatlara layiq görülüb.
Hər zaman yanınızda sloqanına sadiq qalaraq NBCBank öz məhsul və xidmətlərini sizin istəklərinizə uyğunlaşdırır.
Dinamik inkişaf edən bank tendesiyalarını izləyərək, NBCBank bundan sonra ənənəvi bankçılıqla yanaşı müştərilərinə rəqəmsal bank xidmətlərini təqdim edəcək.