Bu bank MİDA xətti ilə güzəştli ipotekanı 1 iş gününə rəsmiləşdirir

“Bank BTB” Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) xətti ilə Yasamal Yaşayış Kompleksi üzrə satışı həyata keçiriləcək mənzilləri güzəştli ipoteka ilə təqdim edən müvəkkil banklar sırasındadır.

İllik 4%-lə təklif olunan güzəştli ipoteka kreditinin “Bank BTB”də rəsmiləşdirilməsinin əsas üstünlüyü onun ən tez müddətə həyata keçirilməsidir. Belə ki, kredit üçün müraciət edən müştəri lazım olan sənədlər toplusunu Banka təqdim etdiyi halda, rəsmiləşdirmə 1 iş gününə həyata keçirilir.

Xatırladaq ki, güzəştli mənzillərin satışı ilə əlaqədar MİDA ilə “Bank BTB” arasında əməkdaşlıq müqaviləsi 2017-ci il iyulun 31-də imzalanıb. Müqaviləyə əsasən güzəştli mənzil əldə etmək istəyənlərin kredit müraciətlərinə Bankın “Sənaye” filialında baxılır. “Sənaye” filialı Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küç., 577 ünvanında yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır