Avstraliyanın ən böyük banklarından olan “Commonwealth Bank of Australia” (CBA) yanvar ayının birindən “Apple Pay” ödəmə xidmətini müştərilərinin istifadəsinə verəcəyini açıqlayıb.
Uzun müddətdir ki, Apple Pay platformasına qoşulmamaqda təkid edən edən bank bu yaxınlarda bu barədə açıqlama verib. Açıqlamada, buna səbəb kimi müştərilərin çoxsaylı təkidləri göstərilib.
Qeyd edək ki, hal hazırda Avstraliyada Apple Pay ödəniş xidmətini dəstəkləməyən yalnız iki bank (WestPac və National Bank of Australia) var.