D.Trump: “Çin ilə ticarət müzakirələri çox yaxşı irəliləyir”

ABŞ nümayəndə heyəti 7 yanvar tarixində ticarətlə bağlı müzakirələr məqsədilə Pekinə gedəcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trump ilə Çin prezidenti Xi Jinping noyabr ayının sonunda Argentinada görüşmüşdülər. Bu görüşdə ABŞ və Çin arasındakı ticarət müharibəsinin sona çatdırılması üçün müzakirələrin 90 gün ərzində sona çatdırılmasında anlaşmışdılar.

D.Trump da bu yöndəki müzakirələrin çox yaxşı irəlilədiyi haqqında məlumat yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır