Avropa Komissiyası “Coca-Cola” şirkətinin “Costa Coffee” şəbəkəsini almaq tələbini təsdiqlədi. Komissiyadan verilən açıqlamaya görə, şirkətlər eyni və ya oxşar məhsullar satmadığından, bu satınalmanın bazardakı rəqabətə heç bir mənfi təsir göstərməyəcəkdir.
“Coca-Cola” satınalma üçün “Whitbread PLC” şirkəti ilə 2018-ci ilin avqust ayında razılaşıb və tranzaksiyanın məbləği 5.1 milyard dollar təşkil edib.