ABŞ və Çin arasında ticari görüşlər başlayıb

Bu gün ABŞ və Çin arasında ticari görüşlər başlayıb. Görüş Pekində keçirilib.

ABŞ heyətinə Jeffrey Gerrish rəhbərlik edir. Görüşlərin sabah da davam edəcəyi bildirilib.

Xatırladaq ki, Donald Trump ilə Xi Jinping arasındakı görüşdə ticarı müharibə üçün elan edilən atəşkəs sonrasında tərəflərin razılığa gəlmələri üçün 90 gün vaxt verilmişdi. Ticari razılığın 2 martdan əvvəl əldə olunması gözlənilir.

Qeyd edək ki, bu gün görüş keçirilərkən D.Trump Ağ Evdə jurnalistlərə açıqlama verib. O deyib: “Çin ticarəti hazırda yaxşı deyil və bu hal bizi daha yaxşı vəziyyətə gətirir. Biz çox yaxşı iş bacarırıq”. Prezident, həmçinin, qeyd edib ki, Çin ilə razılığa gəlmək istəyirik və düşünürük ki, Çin tərəfi də bunu istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır