Azərbaycanda pul bazası 11,7% artıb

Cari ilin yanvar ayının 1-nə Azərbaycanda pul bazası 9 milyard 545,7 milyon manat təşkil edib.

BBN.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, bu göstərici ötən ilin əvvəlinə nisbətən 1 mlrd 002,5 mln. manat və yaxud 11,7% artıb.

Ölkədə pul bazası 20018-ci ilin dekarın 1-i ilə müqayisədə 560,5 mln. manat və yaxud 6,2% artım qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır