Bakı Fond Birjasında əqdlər üzrə dövriyyə 72% artıb

2018-ci ildə “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlər üzrə dövriyyə 72% artaraq 112 min əqdl üzrə 95,023.45 milyard manat təşkil edib.

BFB-nin dövriyyəsinin 8,557 milyard manatı törəmə maliyyə alətlərinin payına düşüb. Bu müddətdə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 2,2 dəfə artaraq 13,341 milyard manat, səhm bazarı üzrə əqdlərin dəyəri 3,3 dəfə azalaraq 215 milyon manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 15,4% azalaraq 726 milyon manat, REPO əməliyyatları üzrə əqdlərin dəyəri isə 11,9 dəfə artaraq 612 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır