Sinxron tərcümə funksiyalı qulaqcıqların satışına başlanılıb

Çinin “Timekettle” şirkəti istehsal etdiyi innovativ məhsulu müştərilərinin istifadəsinə verib.

Sözügedən şirkətin istehsal etdiyi simsiz qulaqcıqları fərqləndirən əsas cəhət sinxron tərcümə funksiyasının mövcudluğudur. Belə ki, bu qurğu işə salındığı təqdirdə, ünsiyyətdə olduğun şəxsin simsiz qulaqcığına mobil tətbiqetmə vasitəsilə qoşularaq onun dediklərini sinxron şəkildə tərcümə etmək funksiyasından istifadəni mümkün edəcək.

20-dən çox dilə tərcüməni reallaşdıran bu qurğunun ilkin satışları ön sifarişdən yararlanan şəxslərə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır