Texnologiya nəhəngi “Google” 2015-ci il üçün hazırladığı hesabatda 32 milyon dollar həcmində reklam gəlirlərini göstərmədiyi üçün Yaponiya hökuməti tərəfindən cərimələnib. Cərimənin ümumi məbləği 9.2 milyon dollar təşkil edib.
Belə ki, “Google” şirkəti Yaponiyadakı reklam fəaliyyətini Sinqapura dəstək olaraq göstərdiyi və yapon reklamlarından gələn gəliri Sinqapur ofisinə ödəyərək vergidən yayındığı üçün təqsirləndirilib.
Qeyd edək ki, Yaponiyada bundan əvvəl “Nissan Motors” və “SoftBank Group” oxşar səbəblərdən cərimələnib.