Sığorta sektorunda verilmiş lisenziyalar barədə məlumat

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə 3 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.

BBN.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 86.1-ci maddəsinə əsasən Palatanın İdarə Heyətinin 10 yanvar 2019-cu il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Xəlilov Nadir Vüqar oğlu, Göyüşov Samir Binət oğlu və Əliyev Vahid Rüstəmbəy oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır