Əsas kapitala yönəldilmiş vəsait haqqında məlumat açıqlanıb

2018-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17238,2 milyon manat və ya əvvəlki illə müqayisədə 4,4 % az vəsait yönəldilib, sərf edilmiş vəsaitin 68,0 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 22 %, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 23 % artıb. Ümumi sərmayənin 67,6 %-i məhsul istehsalı sahələrinin, 24,8 %-i xidmət sahələrinin, 7,6 %-i isə ümumi sahəsi 2084,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,7 %-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,7 %, bank kreditləri 11 %, büdcə vəsaitləri 25,8 %, əhalinin şəxsi vəsaitləri 8,2 %, büdcədənkənar fondların vəsaitləri 1,6 %, sair vəsaitlər isə 0,7 % təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır