Beynəlxalq arenada investisiya bankı kimi fəaliyyət göstərən “The Goldman Sachs Group” İngiltərə valyutasının bahalaşacağını proqnozlaşdırıb.
Belə ki, “Goldman Sachs Group”-un beynəlxalq valyutalar və inkişaf edən bazar strategiyası üzrə departament rəhbəri Zach Pandl, “Bloomberg Television”-a verdiyi müsahibəsində, “Düşünürük ki, G-10 valyutalarının ( məzənnələri arasında ən çox artım funt sterlinqdə müşahidə olunacaq”,- deyib.
Əsas səbəb olaraq isə, İngiltərənin müvəqqəti də olsa Avropa Birliyində qalması göstərilir. Belə ki, Böyük Britaniya Baş Naziri Theresa May-in “Brexit” planının baş tutmaması və prosesin ertələnərək ikinci dəfə keçiriləcək referendumun nəticələrindən sonraya saxlanması ilə funt sterlinq valyuta bazarında möhkəmlənib.
Bu minvalla, funt sterlinqin il sonuna qədər 5%-lik bir dəyər qazanmaqla ABŞ dolları qarşısında 1.36 səviyyəsində qərarlaşacağı proqnozlaşdırılır.
Digər tərəfdən isə, siyasi qeyri-müəyyənlik səbəbindən funt sterlinq hələ ki etibarlı valyuta hesab olunmur. Amerikan investisiya bankı “UBS Wealth Management” funt sterlinqin “Brexit” prosesinə görə riskli olduğunu və ticarət üçün əlverişli olmadığını bildirib.
Qeyd edək ki, hal-hazırda funt sterlinq ABŞ dollar qarşısında 1.287 səviyyəsindədir.