2018-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2084,7 min kvadrat metr və ya ötən illə müqayisədə 3,3 % çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.
İl ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 1313,8 milyon manat olmuş, onun 252,3 milyon manatı dövlət, 1061,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.
Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 2018-ci ildə 13,7 min fərdi yaşayış evi tikiblər ki, onların 23,3 %-i Bakı şəhərində, 19,5 %-i Naxçıvan Muxtar Respublikasında, 4 %-i Masallı, 3,9 %-i Sabirabad rayonlarında, 49,3 %-i isə ölkənin digər şəhər və rayonlarında inşa edilib.