Cari ilin 5 ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərinə cəlb olunanların sayı 58 032 nəfər təşkil edib.
Onlardan 1887 nəfəri üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Elektrik montyoru, mebel quraşdırıcısı, xalçaçılıq, qənnadçı, kompyuter istifadəçisi, dərzi, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, elektrik qaynaqçısı və s. peşələr üzrə təşkil olunan kurslarda ənənəvi peşə təhsili proqramları ilə yanaşı, modul tədris üsullarından da geniş istifadə edilib. Kursları bitirənlərə peşə sertifikatları təqdim olunub. Yanvar-may aylarında Dövlət Məşğulluq Xidməti tərəfindən 56 145 nəfər gənc isə peşəyönümü tədbirlərinə cəlb olunub.
Qeyd edək ki, Tədbirlər zamanı iştirakçılar əmək bazarında mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə ətraflı məlumatlandırılıb, gənclərə peşəyönümü məsləhətləri verilib.