Rusiya Federasiyası Dövlət Dumasında özəl bankların rəhbərləri, əmək haqqı layihələrində dövlət iştirakı ilə olan banklar tərəfindən inhisar olunduğunu söylədilər. Onlar vətəndaşlar üçün əlverişli olan bankların kartları üzrə əmək haqqını ödəyəcək vahid hesablaşma mərkəzini yaratmağı təklif ediblər.
Dövlət Dumasında keçirilən parlament iclası zamanı, “Alfa-Bank”ın İdarə Heyətinin sədr müavini Vladimir Senin və “Tinkoff” Bankının rəhbəri Oliver Hughes, əmək haqqı layihələrində inhisarın olmasını və özəl bankların bu layihələrdən kanarda qalmasını parlament üzvlərinin diqqətinə çatdırmışlar.
“Maliyyə bazarının inkişafının mühüm tərəfi – vətəndaşlarda olan pul axınıdır” deyə Senin vurğulamışdır.
“Potensial investorların böyük əksəriyyəti üçün qaynaq əlbəttə ki, əmək haqqıdır … Etiraf etməliyik ki, “maaş aslılıqı” anlayışı hələ də mövcuddur. İşçilərin əksəriyyəti hələ də əmək haqqı aldıqları banklara bağlıdırlar və bir qayda olaraq, bu dövlətin iştirakı olan banklardır” deyə o hesab edir.
“Alfa-Bank”ın İdarə Heyətinin sədr müaviniin sözlərinə görə, bu vəziyyət əsasən büdcədən maliyyələşən dövlət sektorunda hiss olunur. Senin xatırlatdı ki, 2014-cü ildə əməkdaşın əmək haqqını aldığı bankı dəyişməyə imkan verən qayda tətbiq olunmuşdur, lakin bu qayda işləmir və bu fakt statistik göstəricilərdə öz əksini tapmaqdadır.
“Nəticədə, son dərəcə inhisarlanmış bir bazar formalaşmışdır və burada yalnız vətəndaşların vəsaitlərinin yığılması ilə yanaşı, vətəndaşların maliyyə vəziyyəti, onların maliyyə davranışları, üstünlükləri və əldə etdikləri maliyyə məhsulu haqqında məlumatlar toplanmışdır” deyə Senin bildirmişdir.
Problem, bazar iştirakçılarına əmək haqqı layihələri üçün tələblər xarakterli xüsusi tövsiyələr hazırlamaqla həll edilə bilər.
“Və, son olaraq,”maaş aslılıqı”dan imtina etmək üçün, mərkəzləşdirilmiş əmək haqqı reyestrinə əsaslanan vahid əmək haqqı sisteminin tətbiqi oluna bilər. Hesab edirım ki, bu düzgün təklifdir və həyata keçirilə bilən layihədir “.
“Tinkoff” bankının rəhbəri Oliver Hughes hesab edir ki, problemi əmək haqlarını ödəyəcək bir ödəniş mərkəzinin yaradılması yolu ilə həll etmək olar. Belə bir mərkəzin yaradılması rəqəmsal iqtisadiyyata keçidi də dəstəkliyəcək və əlavə bürokratiyanın aradan qaldırılmasına da imkan verəcək.
“Başqa bir kartla maaş ala bilmək üçün, vətəndaş banka getməli, əlavə kağız, anketlər doldurmalıdır. İnsanlar bunu etmək istəmirlər” deyə Hughes bildirmişdir.
Dinləmələrdə Rusiya Mərkəzi Bankın sədri Elvira Nabiullina da iştirak edib. Müzakirəni şərh edərək, Nabiullina bu məsələnin həllini tapmaq lazım olduğunu qeyd etmişdir.
Əmək haqqı layihələri ilə bağlı problem parlamentdə əvvəllər də müzakirə edilmişdir. Belə ki, ötən ilin payızında Baş nazir müavini Tatyana Qolikova İnzibati Xətalar Məcəlləsinə düzəliş layihəsi təqdim etmişdir. Layihədə əmək haqqı bankının seçimində işçilərin hüquqlarını pozan işəgötürənə cərimə tətbiq edilməsini təklif etmışdır. Düzəlişə əsasən, vəzifəli şəxslər üçün 10 mindən 20 min rubl, hüquqi şəxs olmayan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün 1 min 5 min rubl, hüquqi şəxslər üçün isə 30 mindən 50 minədək rubl cərimə nəzərdə tutulur.