01 Fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,5 bənd endirilməsi haqında qərar qəbul etmişdir. Beləliklə, uçot dərəcəsi 9.75%-dən 9,25%-ə endirilib.
Qərara əsasən, uçot dərəcəsi 9.25%, faiz dəhlizinin yuxarı həddi 11.25%, aşağı həddi isə 7.25% səviyyəsinə endirilib.
Xatırladaq ki, ötən ilin son günlərində Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdir, 30 oktyabr 2018-ci il tarixində uçot dərəcəsinin 10%-dən 9.75%-ə endirilməsi haqqında qərar qəbul etmişdi.