2018-ci ildə “Zolotaya Korona” pul köçürmələri sistemi vasitəsilə 13 milyard ABŞ dolları məbləğində vəsait köçürülüb

2018-ci ildə Rusiyanın “Zolotaya Korona” pul köçürmələri sistemi ilə 39 milyon transaksiya üzrə ümumilikdə 856 milyard rubl (13 milyard ABŞ dolları) məbləğində vəsait köçürülüb.

“Zolotaya Korona” pul köçürmələri sisteminin BBN.az- verdiyi məlumata əsasən 2017-ci illə müqayisədə “Zolotaya Korona”nın dövriyyəsi 9%,  əməliyyatlarının sayı isə 5% artmışdır. Ötən il 1 əməliyyatla orta hesabla 21,8 min rubl (330 dollar) pul köçürülüb.

2018-ci ildə bu sistemə Rusiya, Belarus və Gürcüstandan ümumilikdə 36 maliyyə təşkilatı qoşulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır