Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

12 fevral 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105002759 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 98.2062  AZN (9.0000%) və 100.3638  AZN (7.8000%) olan 10 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0181  AZN (7.99%), orta ölçülmüş qiyməti 100.0442 AZN (7.9756%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43,610,400.00 AZN yerləşdirilmiş həcmi isə 20,000,000.00 AZN təşkil edilib.

İstiqrazların ödəmə tarixi  09.02.2021-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır