A380 təyyarəsinin istehsalı dayandırılacaq

Avropanın ən böyük təyyarə istehsalçılarından olan “Airbus” şirkəti “superjumbo” adlı A380 model təyyarələrin istehsalını dayandıracağını bildirib. Şirkətdən verilən açıqlamaya əsasən, sonuncu A380 2021-ci ildə təhvil veriləcək.

İstehsalın dayandırılmasının əsas səbəbi kimi, “Emirates” şirkətinin A380 sifarişlərini kəskin azaltması göstərilib. Belə ki, sözügedən təyyarələrin ən böyük alıcısı olan “Emirates” hava yolları son sifarişində A380 sayını 162-dən 123-ə endirib.

A380 istehsalının dayandırılması növbəti illərdə şirkətin 3000-3500 arası işçisinə təsir göstərəcək.

Məlumat üçün qeyd edək ki, 2005-ci ildə ilk uçuşunu həyata keçirən A380 modelinin ağırlığı 277000 kiloqrama yaxındır. Sözügedən təyyarə həcminə dünyanın üçüncü ən böyük təyyarəsidir. 850 nəfərlik sərnişin tutumuna görə isə bütün digər rəqiblərini qabaqlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır