BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.
Fevral ayının 12-də, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 51.76 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu 7.4% artaraq 55.59 ABŞ dolları ilə başa vurmuşdur.
Həftə əvvəlində 1 barelinin satış qiyməti 61.51 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 7.71% artaraq 66.25 ABŞ dolları olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə azalma ilə başlayaraq 1 barelinin qiyməti 63.39 ABŞ dolları olub .Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 68.06 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik artım 3.06% olmuşdur.