Çin G20-ni geridə qoyacaq alternativ birlik yaradır.
“Bir qurşaq bir yol” adı verilən və İpək Yolu üzərindəki 60 ölkəni bir araya gətirən layihə üçün 1 trilyon dollar ayrılıb. Layihənin məqsədi Çindən Fransaya qədər tək xəttin yaradılmasıdır.
Tarixi İpək Yolu ticarət xəttini “Bir qurşaq bir yol” layihəsilə birləşdirməyə hazırlanan Çin tərəfindən bu təklif ilk dəfə 2013-cü ildə Çinin prezidenti Xi Jinping tərəfindən Qazaxıstanda önə çıxarılıb.
Qeyd edək ki, biri dəniz biri isə qurudan olmaqla iki ticarət marşrutu ilə Çinin Orta Asiya, Avropa və Orta Şərqlə birləşdirilməsi nəzərdə tutulur.