“Microsoft” -un kibertəhlükəsizlik xidməti yeni bazarlara təqdim ediləcək

Microsoft , çərşənbə günü, kiber təhlükəsizlik xidməti olan AccountGuard’ı, siyasi məkanda təhlükəsizlik boşluqlarını sıfıra endirmək və müştəriləri  hücumdan qorumaq üçün Avropada, Almaniya, Fransa və İspaniya daxil olmaqla 12 yeni bazara təqdim edəcəklərini söyləyib.

Microsoft  2018-ci ilin sentyabr və dekabr ayları arasında Almaniyanın Xarici Əlaqələr Şurası və Aspens İnstitutunun Avropa ofisləri və Almaniya Marshall Fondu -nun əməkdaşlarını hədəf alan hücumları aşkar edib.

Qeyd edək ki, AccountGuard İsveç, Danimarka, Hollandiya, Finlandiya, Estoniya, Latviya, Litva, Portuqaliya və Slovakiyada da  xidmət göstərəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır