Samsung Galaxy S10 və Galaxy S10+ smartfonlarını təqdim edib

Samsung 6.1 düymlü Galaxy S10 (899 dollar) və 6.4 düymlü Galaxy S10 + (999 dollar) smartfonlarını təqdim edib.

Qeyd edək ki, daha aşağı büdcəyə uyğun olan  5.8 düymlü Galaxy S10e (749 dollar) kimi seçim də var.

Təqdimatda parlaqlıq səviyyələrini optimallaşdıran, daha az mavi işıq və  16 milyondan çox rəng çalarını göstərmək imkanına malik olan  “Infinity O-Display”-i xüsusilə vurğulanıb.

Bundan əlavə təqdim olunan smartfonların kamera hissəsində  zənginləşdirilmiş zoom və panoramik çəkilişlərə imkan verən ultra geniş linza kimi yeniliklər də var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır