Martda Azərbaycanda bayramlarla əlaqədar 10 istirahət günü olacaqdır. Belə ki, 8 mart Beynəlxalq Qadınlar Günü cüməyə təsadüf edir, martın 9-10-u isə şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 3 gün qeyri-iş günüdür.
Martın 20-24-i isə Novruz bayramı həftəsi kimi qeyd edilir və qeyri-iş günləridir. Martın 25-i və 26-ı şənbə və bazar günləri olduğundan növbəti iş həftəsi martın 27-dən başlanır.