Azərbaycan banklarının təqdim etdiyi Miles kartların üstünlükləri nələrdir?- ARAŞDIRMA

Apardığımız araşdırma Azərbaycan banklarının təqdim etdiyi miles kartlar haqqındadır.

“Miles”  kart nədir?

“Miles” kartlar aviasiya sahəsində  müəyyən imtiyazlar qazandıran  bank məhsuludur. Bu kartlar vasitəsi ilə apardığınız əməliyyatların qarşılığında toplanan ballara uyğun olaraq  aviabiletlər üzrə güzəştlər qazanmaq mümkündür. Bu kartlar müştərilərinə təkcə aviabiletlər üzrə güzəştlər təklif etmir, eyni zamanda onlara müxtəlif xidmətlərdən yararlanmaq imkanı da verir. Bu kartlar xüsusi ilə səyahəti sevən və ya işlə bağlı daim hava yolu ilə xarici səfərlərə gedən müştərilər üçün əlverişlidir.

Apardığımız araşdırmaya görə Azərbaycanda bu kartları Kapital Bank, Premium Bank, Unibank və Bank of Baku təqdim edir. Bu kartlar bir-birindən həm xüsusiyyətlərinə, həm də üstünlüklərinə görə fərqlənir.

Ölkə banklarının təqdim etdiyi miles kartlarının xüsusiyyətlərinə və vəd etdiyi üstünlüklərə nəzər salaq:

1.Premium bankbu bank müştərilərinə MaterCard  ödəniş sisteminə məxsus bir neçə növdə miles kart təklif edir. Bunlardan bəzilərini qeyd edək:

Gold Miles

Premium Bankın  təqdim etdiyi Gold Miles kartı  əldə edərkən müştəriyə  200 bal hədiyyə verilir (yalnız yeni müştərilər üçün) və  avtomatik “Premium Club” endirim proqramının üzvünə çevrilir.

Qeyd edək ki, bütün dövlət büdcəsi ödənişləri, gömrük, vergi, DYP ödənişləri, Apus vasitəsi ilə həyata keçirilən əməliyyatlara görə hər 35 manata 1 bal verilir.

Platinum Miles

Platinum Miles kartı əldə edən bank müştərilərilərinə 300 bal hədiyyə verilir və avtomatik “Premium Club” endirim proqramına üzv olur.

Bu kartın sahiblərinə səyahət edənlər üçün sığorta şəhadətnaməsi hədiyyə (şengen zonasına) verilir.

Qeyd edək ki, ATM-lərdən nəğd pulun çıxarılması limiti  4000 AZN/USD/EUR-dir.

Premium Bankın miles kartlar vasitəsi ilə Heydər Əliyev Hava Limanında  bir sıra xidmətlərdən xüsusi şərtlərlə istifadə etmək olar.

Black Edition Miles

Black Edition Miles kartı əldə edən bank müştərilərilərinə 400 bal və diqər hədiyyələr verilir. ATM-lərdən nağd pulun çıxarılması limiti 10000 AZN / USD / EUR-dır.

2.Kapital bank – bu bank miles kartlar kateqoriyasında BirKart  Miles  DebetKredit kartları müştərilərinə təqdim edir.

BirKart Miles

BirKart Miles kartı milləri istənilən aviabiletə dəyişmək imkanı verir. Kartın depozit funksiyası  iki il qüvvədə qalan əlavə  millər qazandırır.

Kapital bankın təklif etdiyi bu kart vasitəsi ilə partnyor mağazalarda hər 1 AZN-ə görə 20-dək bonus mil əldə etmək olur.

Qeyd edək ki, BirKart Miles kartın daxilində “MasterCard Airport Experiences” və “Lounge key” xidmətləri mövcuddur.

3.Unibank– Unimiles Unibanka məxsus miles plastik kartıdır.

Unimiles

UniMiles plastik kartları ilə edilən nağdsız əməliyyatlar millər qazandırır. İlk nağdsız əməliyyatdan sonra müştərilərə 1000 mil hədiyyə olunur. Kart sahibinin milləri istənilən hava yollarının aviabiletinə dəyişmək imkanı vardır. Məsələn, 7500 mil-ə Türkiyəyə aviabilet əldə etmək olar. Qeyd edək ki, Unibankın “Mastercard Black Edition”, “Mastercard World Elite” və “Visa Infinite” plastic kartları sahiblərinə millər qazandırmaqla yanaşı səyahətlə bağlı bir sıra üstünlüklərdən (səyahət sığortası, vip zallara keçid imkanı, aviabiletlərin bronlaşdırılması və s.) yararlanmaq imkanı verir.

Unimiles-ın qazandırdığı milləri hesablamaq üçün kalkulyatora daxil ola bilərsiniz.

4.Bank of BakuBu bankda müştərilərinə təklif etdiyi 2 növ miles kartı var: Bolkart Diamond Debet Bolkart Diamond Kredit.

Bu katlarla əməliyyat edən müştərilərə ballar qazanmaq imkanı, millər toplayaraq pulsuz aviabilet almaq imkanı, pulsuz səyahət sığortası və digər imtiyazlar mövcuddur.

Bu katlarla əməliyyat edən müştərilərə ballar qazanmaq, pulsuz aviabilet almaq, pulsuz səyahət sığortası imkanı və digər imtiyazlar verilir.

Miles kartların qiymətlərini, millərin hesablanması qaydasını şəkildəki cədvəl vasitəsi ilə öyrənə bilərsiniz:

QEYD: Məqalədə istifadə olunan məlumatlar bankların web saytından əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır