“TransAsia Airways”- Tayvanın 3-cü böyük havayolu şirkətinin maliyyə problemləri səbəbindən bağlanacağı açıqlanıb.
Marşrut xətti əsasən, Çin, Tayvan, Cənubi Asiya, Şimali Asiya olan şirkət 65 ildir ki fəaliyyət göstərir.
Qeyd edək ki, şirkət 2015-ci ildə 35 milyon dollar, bu ilin ilk 3 rübündə isə 70 milyon dollar zərər edib.