7 fevralda keçiriləcək hərraca 95 əmlak çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 07 fevral 2017-ci il tarixində keçiriləcək yeni hərraca 95 əmlak çıxarılıb. Hərracda 20 səhmdar cəmiyyəti, 62 kiçik dövlət müəssisəsi və 13 istifadəsiz qeyri-yaşayış sahəsini özəlləşdirmək təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri Bakı, Gəncə, Sumqayıt, Daşkəsən, Salyan, Mingəçevir, Şəki və digər şəhər və ya rayonlarda yerləşir. Hərraca çıxarılan bir çox əmlaklar torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Ən yüksək start qiyməti ilə təklif olunan əmlak paytaxtın Xəzər rayonunda yerləşən “Aydınlıq” şadlıq evidir. Belə ki, hərracda iddiaçılar bu əmlaka qoyulan 179 min ilkin satış qiymətindən yuxarı qiymət təklif etməli olacaq. Hərracda yüksək start qiyməti ilə seçilən əmlaklar Xətai rayonundakı “Araz” kafesi və Binəqədi rayonundakı 9 saylı mağazadır. Bu əmlaklar müvafiq olaraq 120 min və 100 min 300 manata hərraca çıxarılıb. 13 istifadəsiz qeyri-yaşayış sahəsinin hamısı paytaxtda yerləşir. Bu əmlakların hərrac qiymətləri sahəsindən asılı olaraq 20 min-70 min manat arasında dəyişir.

Hərraca çıxarılan əmlaklara aşağıdakı linkdə baxmaq olar:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1221

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır