71 min tondan çox dizel yanacağı ixrac olunub

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin yanvar ayında 71 min 459 ton dizel yanacağı, 6 min 952 ton təyyarə yanacağı, 7 min 915 ton yüksək təzyiqli polietilen, 696 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 165 ton maye piroliz qətranı, 3 min 107 ton propilen və 2 min 741 ton butilen butadien fraksiyası ixrac etmişdir.

2017-ci ilin yanvar ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 553,42 ABŞ dolları, təyyarə yanacağının – 504,23 dollar, dizel yanacağının – 477,93 dollar, 1% kükürdlü mazutun qiyməti – 330,93 dollar, yüksək təzyiqli polietilenin – 1221,25 dollar, butilen butadien fraksiyasının – 658,65 dollar, maye piroliz qətranının – 553,42 dollar, propilenin qiyməti – 770 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 940 avro təşkil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır