8 nəfər qlobal sərvətin yarısına sahibdir

Beynəlxalq Yardım Qurumu olan “Oxfam” 8 milyarderin sərvətinin dünya əhalisinin təqribən yarısının sərvətinə bərabər olduğunu açıqlayıb.

Mərkəzi İngiltərədə yerləşən qurumun açıqladığı məlumata əsasən, Bill Gates-in başçılıq etdiyi siyahıdakı milyarderlərin sahib olduğu 426 milyard dollarlıq sərvət, ümumilikdə, dünya üzrə 3,6 milyard insanın mal varlığına bərabərdir.

Qeyd edək ki, hesabat Amerikanın iqtisadiyyat jurnalı olan Forbes-in açıqladığı “ən varlılar” siyahısı və ən vacib banklardan sayılan “Credit Suisse”nin məlumatlarına əsasən hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır